ABŞ birjası Rusiyada kriptovalyutalar əməliyyatlarını dayandırdı

Amerika birjası Coinbase Rusiyada kriptovalyutalar üzrə əməliyyatları dayandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə birjanın saytında bildirilir.

Amerika kriptovalyuta birjası Coinbase 2012-ci ildə yaradılıb. Bitcoin, Ethereum və digər kriptovalyutalar Coinbase platformasında alınıb-satılır. Şirkət 100-dən çox ölkədə fəaliyyət göstərir. Heyət 2 mindən çox işçidir. 

"Coinbase hazırda ölkənizdə ticarəti dəstəkləmir. Ölkəniz aktiv olduqda xəbərdar olmaq üçün bloqumuza abunə olun!" - saytdakı mesajda deyilir.