Avropa Birliyi Rusiyanın media orqanlarına öz ərazisində televiziya və radio yayımı ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edib.
Bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.
“Bu gün AB Şurası Rusiyanın Ukraynaya qarşı təbliğatını və təcavüzünü yayan və dəstəkləyən 4 KİV-in - “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın qurumun ərazisində yayımının dayandırılması barədə qərar qəbul edib”, - bəyanatda qeyd olunub.