AB ölkələri BCM-in qərarına əməl etməlidir - Borrell

Avropa Birliyinə üzv ölkələr İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarına əməl etməlidir.

Bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Onlar bunu etməlidir. Bizdə ikili standartlar ola bilməz”, - Borrell bildirib. Baş diplomat İspaniya, İrlandiya və Norveçin Fələstinin tanınması ilə bağlı qərarını “suveren qərar” adlandırıb.

Onun sözlərinə görə, bu prosesə Sloveniya da qoşula bilər.