AAYDA-nın tikdiyi yeni piyada keçidi zibilxanaya çevirilib - FOTO

20 il davadan, azı 50 piyadanın ölümündən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Buzovna – Zuğulba yolunda yerüstü keçid tikib.

Bizimxeber.az bildirir ki, yeni istifadəyə verilən keçid baxımsızlıqdan hazırda zibilxanaya dönüb.

"Pilləkənlərin üstü zibillə doludur. Nə baxan var, nə də süpürən. Üstəlik işıqlandırma sistemi də işləmir. 2 aydır tikilən piyada keçidi baxımsızlıqdan yaman günə düşür.
Görünür hələ də keçidin təmizliyi, mühafizəsinə kimsə məsul deyil. Yəni, tikib qaçıblar. Ya da hansısa qurum elə xadimənin, nəzarətçinin adı var özü yox.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şefi Saleh Məmmədov desin görək bu keçid hansı quruma həvalə olunub və bura kim nəzarət etməlidir?".

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.