700 NATO əsgəri Kosovoya göndərildi

NATO Kosovoya təcili olaraq 700 hərbçi göndərib. 

Bizimxeber.az "dailystorm"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

Baş katib bildirib ki, NATO problemin sülh yolu ilə nizamlanmanın tərəfdarıdır: "Alyans Belqrad və Priştina arasında Avropa İttifaqının himayəsi altında danışıqların aparılmasının tərəfdarıdır. Əlavə olaraq daha bir Kosovoya göndərilmək üçün daha bir batalyonun hazırlıq səviyyəsindədir. Lazım gələrsə Kosovoya göndəriləcək".

Qeyd edək ki, Kosovo komandosu Zveçan bələdiyyə administrasiyası binası qarşısında dinc etiraz aksiyası keçirən serblərə atəş açıb. 52 nəfər yaralanıb. NATO bundan sonra 40-dan çox hərbçinin yaralandığını bildirib.