7 yaşlı uşaq döyülərək öldürüldü - Dayısı saxlanıldı

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. 

Rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.

N.Babayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.