7 ayda 17 məhkum həbsxanada ölüb

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Fərmayıl Verdiyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 17-ci ölüm hadisəsidir.