32 min türk vətəndaşı Meksikadan ABŞ-a qaçaq yolla gətirildi

ABŞ Gömrük və Sərhəd Mühafizə Təşkilatının məlumatlarına görə, 2020-ci ildə 1944 Türkiyə vətəndaşı, 2021-ci ildə 4 min 989, 2022-ci ildə isə 24 min 362 Türkiyə vətəndaşı Meksika sərhədindən ABŞ-a sığınacaq axtaran şəxs kimi gedib.

Meksika sərhədindən ABŞ-a keçən qaçqınların sayı rekord qırıb. Bu rekordda Türkiyə vətəndaşlarının payı da kifayət qədər yüksəkdir. 

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin rəsmi rəqəmlərinə görə, Meksika sərhədindən ABŞ-a keçənlər arasında müxtəlif ölkələrin vətəndaşları da var. Latın Amerikası ölkələrinin vətəndaşları, əsasən, sığınacaq axtarmaq üçün Meksika sərhədini keçərək ABŞ-a keçirlər.