32 min NATO əsgəri Belarus və Rusiya sərhədlərində

Şimali Atlantika Alyansı Belarus və Rusiya sərhədlərinə 32 min hərbi qulluqçu yerləşdirib.

Bizimxeber.az bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko Avropa qitəsində, o cümlədən Belarus sərhədi yaxınlığında vəziyyəti təlatümlü adlandırıb. 

“Avropada aparılan alyans əməliyyatları çərçivəsində Belarus və Rusiyanın bilavasitə yaxınlığında NATO və ABŞ-ın birgə silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bu mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi, o cümlədən 235 təyyarə və helikopter deməkdir.