İki il ərzində 300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk edib. Onlar Ukraynaya qarşı genişmiqyaslı Rusiya müharibəsi başladıqdan sonra oraya gəliblər.
Bu barədə "N"TV məlumat yayıb.
Rusiya təcavüzünün başlamasından iki il sonra Almaniyada əcnəbilərin mərkəzi reyestrində təxminən 1,143 milyon ukraynalı qaçqın qeydiyyata alınıb. Onların 682 mini qadın, 458 mini kişidir.
Müharibə başlayandan sonra Almaniyaya gələn 321 min qaçqın artıq burada yaşamır. Onlardan neçəsinin Ukraynaya qayıtdığı, neçəsinin isə hazırda başqa ölkədə yaşadığı statistik olaraq qeyd olunmur.
Əmək qabiliyyətli ukraynalıların 21%-i Almaniyada işləyir.