2027-ci ilə qədər 69 milyon iş yeri bağlanacaq

Dünya üzrə işəgötürənlər 2027-ci ilə qədər 69 milyon iş yeri yaratmağı və 83 milyon iş yerinin bağlanmasını planlaşdırır. Bu da 14 milyon iş yerinin və ya hazırkı qlobal məşğulluğun 2%-nin yoxa çıxması ilə nəticələnəcək.

Bizimxeber.az bildirir ki, bu barədə beynəlxalq hesabat açıqlanıb. Qeyd olunur ki, xalis iş yerlərinin bağlanmasının üç əsas səbəbi var - iqtisadi artımın yavaşlaması, tədarük çatışmazlığı, daxilolmaların qiymətinin artması və istehlakçılar üçün yaşayış dəyərinin artması.