Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun sözlərinə görə, Şimali Koreyanın 11 minə yaxın hərbçisi Rusiya Federasiyasının şərqində hazırlıq keçir və onlar 1 noyabr tarixinə qədər Ukraynada müharibəyə hazır olacaqlar.
Bizimxeber.az bildirir ki, "The War Zone"un Budanova istinadən yazdığına görə, Şimali Koreya qoşunları Rusiya avadanlıqları və sursatlarından istifadə edəcək.
Budanov, həmçinin qeyd edib ki, təxminən 2500 şimali koreyalı əsgər Kursk vilayətinə göndəriləcək, lakin qalan hərbçilərin hara yönəldiləcəyi hələ ki məlum deyil.
"Hazırda tam mənzərəni bilmirik", deyə Budanov əlavə edib.