Ukrayna Bryansk vilayətinə hücum etdi - Yaralılar var

“Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Starodubski rayonunun Kurkoviçi kəndinə pilotsuz uçan aparat vasitəsilə hücum edib”.

Bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında məlumat verib. 

Onun sözlərinə görə, hücum nəticəsində 4 nəfər yaralanıb. Onlardan biri 14 yaşlı uşaq olub.