Tavuşdakı ermənilər aksiya keçirir - İrəvan-Tbilisi magistral yolunu bağladılar

Tavuş rayonunun Bağanis və Voskepar kəndlərinin sakinləri dövlətlərarası yolu bağlayıb, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalara etiraz olaraq aksiya keçirirlər.

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Armenia" məlumat verib.

Aksiya iştirakçılarından birinin verdiyi məlumata görə, buraya Voskevan, Voskepar və Bağanis kəndlərindən gənclər toplaşıb. “Tələb çox sadədir: birtərəfli güzəştlər şəraitində insanlar öz evlərində yaşamaq istəyirlər". 

Kənd sakinləri İrəvan-Tbilisi magistral yolunu bağlayaraq  vilayətin qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər.

hadisə yerinə rayon polis idarəsinin nümayəndələri gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da yolda sıxlığın qarşısını almaq üçün izdihamdan bir neçə kilometr aralıda magistral yolu bağlayıblar.