Varşavada sinaqoqu yandırmağa cəhd - Bir nəfər saxlandı

Polşa polisi Varşavada Noziki sinaqoqunu yandırmağa cəhddə şübhəli bilinən şəxsi saxlayıb.

Bizimxeber,az bildirir ki, bu barədə RMF 24 məlumat yayıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. 16 yaşlı Polşa vətəndaşıdır. Qurum rəsmisi bildirib ki, o, ölkənin Daxili Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq çərçivəsində saxlanılıb.

“Yaxınlıqda növbətçi polis əməkdaşları yanğını söndürərək, yayılmasının qarşısını alıblar. İsrailin Polşadakı səfirinin sözlərinə görə, kimsə binaya tərəf yandırıcı qarışığı olan butulka atıb.

Eyni zamanda Varşavadakı yəhudi icmasının idarə heyətinin üzvü Remigiusz Sosnowski bildirib ki, boyanın alovlandığı fasaddan əlavə, yanar mayenin bir hissəsi taxtadan olan pəncərənin üzərinə düşüb. Yanğın söndürülüb.