Bayden Trampı lağa qoydu - "Onun incilini alıb oxuyacam"

ABŞ prezidenti Co Bayden prezident seçkilərində gələcək rəqibi, keçən ay İncil satışına başlayan Donald Trampı ələ salıb.

Bizimxeber.az bildirir ki, bu barədə "The Hill " məlumat yayıb.

Bayden İncil satışını Trampın abortla bağlı mövqeyi kontekstində bildirib.

"O, Dobbs hökmünü möcüzə adlandırdı" deyən Bayden, Ali Məhkəmənin 2022-ci ilin iyununda abort zəmanətini ləğv edən qərarına istinad edərək Trump haqqında bunları deyib.

"Bəlkə də o, satmağa çalışdığı İncildəndir. Mən demək olar ki, onu almağa hazıram ki, orada nə dediyini görüm"-  deyə Bayden əlavə edib və bu sözlər izdihamın gülüşünə səbəb olub.

Bildiyiniz kimi, mart ayında seçki kampaniyasının qızğın vaxtında və çoxsaylı məhkəmə işlərinin artan xərcləri ilə Tramp amerikalılara İncil satmağa başladı . Kitab 59,99 dollara təklif olunur.