Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video

Kiçik qızı ilə birgə qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı şüarlar səsləndirilib.

Bununla bağlı erməni mətbuatında xəbərlər yer alıb.

Anna Akopyan abidəyə gələn zaman “Nikol qatildir”, “Nikol türkdür”, “Türksüz Ermənistan” şüarları səsləndirilib.

Akopyan polisin müdaxiləsindən sonra abidəni ziyarət edə bilib.