ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi

Səsvermədən sonra ABŞ Senatı Vaşinqtonun müttəfiqlərinə: Ukrayna, İsrail və Tayvana xarici yardım haqqında qanun layihələri paketini qəbul edib.
Bizimxeber.az bildirir ki, bu barədə TASS yazır.

Senat həmçinin Rusiyanın dondurulmuş aktivlərinin faktiki olaraq Ukraynaya verilməsinə görə müsadirə olunmasını və Çinə qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.

Təşəbbüsü 79 senator dəstəkləyib, 18 qanunverici isə əleyhinə çıxıb. 

İndi qanun layihəsi aprelin 24-də sənədi imzalamaq niyyətində olan ABŞ prezidenti Co Baydenə göndəriləcək ki, Kiyevə silah tədarükünü bu həftə bərpa etsin. Daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder Kiyevə hərbi yardım paketinin Ukraynanın “ən aktual ehtiyaclarına” əsaslanacağını bildirib.