bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Yeni icra başçısı özünə köməkçi təyin etdi

1610 oxunma | Tarix: | 3 həftə öncə

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə yeni köməkçi təyin edib. Bununla bağlı Ə.Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ağayev Murad Əsgər oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib. 

O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir