bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Yeni icra başçısı birinci müavini işdən çıxardı

1950 oxunma | Tarix: | 3 həftə öncə

Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. Bu barədə İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib.

R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib. R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Vahid Tağıyev Ağsunun icra başçısı təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir