Xəzərdə 4 balıqçı itkin düşdü
1925 oxunma | Tarix: 2019-10-08 | 2 ay öncə
Xəzər dənizində 4 balıqçı itkin düşüb. Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək.