bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Xətai rayonunda Şərurlu İsfəndiyar Balaxanı zibilliyi yaradır

2670 oxunma | Tarix: | 4 həftə öncə
Bakı şəhər Xətai rayonu Telnov küçəsi 23-də yerləşən “Şərur MTK” nın binaları,yəni Şərurlu İsfəndiyar kimi tanınan iş adamın inşa etdiyi binalarda antisanitariya baş alıb gedir.
Vətəninfo.az-a daxil olan məlumatda qeyd edilir ki, 8 binanın 3-də Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərə mənzillər  bağışlayıb.
Hazırda binaların çox bərbad vəziyyətdə olmasına baxmayaraq, “Şərur” MTK rəhbərliyi hər ay “kamunal”lar yığır. Amma heç bir təmizlik işi aparılmır. Binanın həyəti, hətta blokların içi zibilliyi xatırladır, qarajı isə su içərisindəir. Dəfələrlə “Şərur” MTK ofisinə zəng edib şikayət bildirilsə də “həll edərik” deyib sakinləri aldadırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir