.
.

Zukerberqin şəxsi məlumatları ələ keçirildi

22:55 - 04 Aprel
    5320 oxunma


“Facebook”un qurucusu Mark Zukerberqin telefon nömrəsi, şəxsi məlumatları digər 533 milyon istifadəçinin məlumatları ilə birlikdə sosial şəbəkəyə sızıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Nyu-York Post” məlumat yayıb. Bildirilir ki, internetə məlumatları sızan 533 milyon nəfər istifadəçi 106 ölkədəndir. Şəxsi informasiyalar haker forumunda dərc olunub.

Məlumatları ələ keçirilən 32 milyondan çox istifadçəi ABŞ-dan, 28 milyondan çoxu Səudiyyə Ərəbistanından, 10 milyonadək olanı isə Rusiyadandır. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.

Zukerberqin məlumatlarının sızmasına diqqəti isə Tvitter istifadəçilərindən biri çəkib. O, öz hesabında forumdan Zukerberqin şəxsi məlumatları olan skrinşotu paylaşıb.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84