.
.

Züqanovdan korrupsionerlərə zərbə - Yeni vergi tətbiqi təklif etdi 

13:36 - 14 Mart
    7440 oxunma


Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov ölkəsində korrupsiya yolu ilə varlanan "şübhəli zəngin" insanlara artan vergi tətbiq edilməsini təklif etdi.

Bizimxeber.az bildirir ki, bu barədə siyasətçi "Telegram" kanalında yazıb.

O, Rusiyada üç-yeddi yaş arası uşaqlar üçün “şübhəli yoxsul” ailələrə ödənişlərin məhdudlaşdırılması təklifini şərh edərək belə bir təşəbbüs irəli sürüb. “Başlanğıc üçün “şübhəli zənginlər”ə vergilərin artırılmasının təklif edirəm. Eyni zamanda, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsi də təsdiq edilməlidir".

1 yanvarda Rusiyada fiziki şəxslərin bir milyon rubldan çox əmanət faizlərinin vergiyə cəlb edilməsi haqqında qanun qüvvəyə minib. 2021-ci ildə alınan gəlirə görə vergi yığımı 2022-ci ildə başlayacaq. Maaş hesablarındakı faizlərə vergi qoyulmayacaq. Eyni zamanda, vətəndaşlar bu gəliri bəyan etmək məcburiyyətində deyillər, çünki vergi avtomatik olaraq vətəndaşa ödənilən faizlərin miqdarı barədə məlumatlar əsasında hesablanacaq.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi bank əmanətlərindən deyil, yalnız faizlərdən vergi tutulacağını elan etmişdi. Aylıq faiz ödənişləri olan depozitlərə külli miqdarda pul qoyarkən, ruslar vergi ödəməkdən qaça bilər və ya depozitdən gələn gəlir iki və ya üç vergi dövrü ərzində paylanarsa, onları azalda bilər.

Bizmxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84