Ìzləyici-xalq tələbli oldu.. - İlqar Altay yazır...

11:47 - 16 Avqust
    19235 oxunma

16 avqust, Bakı / Bizimxeber / Tovuz hadisələrindən sonra qeyd etmişdim ki, qəhrəman generalımız Polad Həşimov və onun yüksək rütbəli zabit heyətinin birgə faciəli qətli ilə bağlı, ordumuzun hərbi sirr mənafeinə ziyan vurmadan bir müstəqil təhqiqat aparaq. Xalqın, cəmiyyətin, P. Həşimovu düşmənin sərrastlıqla vurması üçün, biz tərəfdən koordinatlarının baş qərargah rəisi Nəcməddin Sadıkov şəbəkəsinin verməsi iddiasını araşdıraq.. Və hələlik, 2-3 gün õncə qısa statusda ümumi, bunları qeyd etdim:

"..dünyada, hərb tarixində N. Sadıkov bəlkə, tək yeganə şəxsdir, 27 il, bir ordunun Baş Qərargah rəisi postunda otutur! Õzü də, 28 ildir ki, torpağı işğaldakı õlkənin ordusu! Dünyanın daha hansı õlkəsində harada bu var? Bu 27 ildə gõr bu post dõvründə bu rəis neçə müdafiə naziri yola salıb. Nazirlər gedir, qərargah rəisi isə yerində qalır 27 il. Və niyə, hansı uğuru ilə? Sadıkov düşünürmū ki xalq bu suallarla nəzərini ona tərəf yõnəldib?'

Bu qısa statusu çox qısa müddətdə on minlərlə oxuyan və minlərlə reaksiya verən vətəndaşmız oldu. Bəyənənlər çox oldu, amma obyektiv qeyd edim ki, narazı qalanlar da az olmadı.. Narazılıq da onda oldu ki: general Sadıkovu, bu õlkə üçün milli mənafeyə ziyanlı, təhlükəli şəxsdir və daha xeyli, dərin təhlilli, geniş, sərt yazıya layiqdir! Və onun haqqında üzləşib, şahidi olub, bildikləri və eşitdikləri xeyli mənfi və hətta cinayət xarakterli fakt, materiallar gõndərdilər. Mən, bir tədqiqatçı olaraq təbii ki, Sadıkov barədə bilgili, məlumatlı olmaya bilmərəm, ancaq, fikrim vardı ki, general Həşimovun qətli barədə müstəqil araşdırmanın yekununda bu sərt mõvqeni konkret sərgiləyim.

Ancaq xalqımız müdrikdir, araşdırmamız uzana bilər, zaman isə gõzləmir, təcili ifşalar dõvrüdür. Və mənə bu məsələdə irad bildirənlərə təşəkkür edirəm, yazılarıma verdikləri dəyərə və buradan da qaynaqlanan umulu və xoş tələbli ərkə gõrə!

Xalqın cəmiyyətin
Sadıkov ittihamları..

SQ-ın Baş Qərargah rəisi N. Sadıkovun tutduğu vəzifəyə layiqsizlik və uyğunsuzluğu, onun həm, cinayət tərkibli: antiictimai, antimilli, antidõvlət, casusluq, korrupsiya xarakterli əməlləri ilə bağlı Azərbaycan cəmiyyətinin, xalqın nümayəndələri və onunla, bilavasitə təmasda olmuş insanların qəti fikir ittihamları var. Hansı ki müvafiq dövlət orqanları tərəfindən ciddi araşdırılma tələb edir:

1. Rusiyada doğulub boya-başa çatıb, irəli çıxıb və polkovnikəcən yüksələn, oranın da vətəndaşı olub bizim də dilimizi bilməyən adam, nədən ki, oradakı yüksək rahat postunu qoyub, Rusiyanın Xocalı soyqırımı və s. hucumda tərəfini tutduğu erməninin savaşdığı Azərbaycan ordusuna, õzü də, õn cebheye gəlsin? Birdən-birə, 1992-ci ildə, bunda bu "vətənpərvərlik" haradan qaynaqlanıb, kim bunu rəsmi çağırıb bura və yaxud, kim bunu gõndərib Azərbaycana? Casusluq olmazmı, bu? Rusiya, ermənilər tərəfə kõmək etdiyi halda onu atıb, Azərbaycan ordusuna keçən hərbçiyə, niyə qəhrəman adı versin ki? Ordusunda dõyüşdüyü Azərbaycan ad vermir, atıb qaçdığı Rusiya verir! Bax, Sadıkov mõvüzəsinin əsas kõkü buradadır!

2. Sōylənilir ki, dõyüşlər gedən zaman dəfələrcə komandan olduğu hərbi bõlmələrə, mõvqelərini qoyub geri çəkilməyi əmr edib, havayı ermənilər üçün təhvil verməklə. Dəfələrlə olub ki, lazımsız, havayı õlümlü mõvqelərə bõlmələri gõndərib və qırğına verib əsgər zabitlərimizi. Xəyanət deyil?

3. 2016-cı il apreldə, Qarabağ istiqamətli uğurlu hücum vaxtı birdən-birə verdiyimiz ağır itkilərlə və 2020 iyulda Tovuz dõyüşündə general Polad Həşimov və rəhbər komandasının sərhəddən də aralı, sərrast atəşlə vurulmasında baş qərargah rolu gõrünür, düşmənə koordinasiya õtürūlməsi ilə. Baş qərargah isə hələ də, bu daxili təhqiqatı aparmır. Və onun rəisi, Sadıkov belə muəmmalı, ağır itkili hadisə barədə heç bir açıqlama vermir və haqlı olaraq xalqın şübhəsi Sadıkova yõnəlir!

4. Sõylənilir ki, Sadıkov, komandiri olduğu hərbi strukturlarda tabeliyindəki hərbçiləri və zabitləri sõyüb, təhqirli aşağılayıb və õz şəxsi hikkəsi ilə həbs, fiziki cəza verdirib. Vəzifə, həddi aşmadır.

5. Məlumatlar var ki, Sadıkov, vəzifəsindən sui- istifadə edərək, Orduya məxsus bõyük sahələri, dõvlət əmlakını qanunsuz mənimsəyərək orada mühafizəli "qəsrlər" tikdirib, eləcə də, paytaxtda, Bakının mərkəzində! Müxtəlif mənimsəmələr və rüşvətlər hesabına õlkənin digər yerlərində həm də Rusiya və başqa õlkələrdə də, xeyli əmlakları var. Onun korrupsiya əməlləri də araşdırılmalıdı!

6. N. Sadıkovun milli mənafemiz və dõvlətçiliyə qarşı fəaliyyəti barəsində digər xeyli ittiham var.

Sadıkovun gedişini
labüd edən amillər..

Yuxarıdakılar cinayət tərkibli istintaq-araşdırma mahiyyətli ittihamlar, faktlardır və yaxın gələcək zamanda araşdırılmalı, labüd cəzasını almalıdır. Ancaq, eyni zamanda N. Sadıkovun təcili olaraq istefasını labüd edən faktlar, amillər də xeylidir:

1. Nəcməddin Sadıkov, artıq 27 ildir ki, Ordunun vacib, Baş Qərargah rəisi postunu tutur. Torpağı 28 ildir ki, işğal altında olan õlkənin Ordusunun Baş Qərargah rəisinin dəyişilməsi vaxtı çoxdan çatıb. Ordudakı uğursuzluq məsuliyyətinin xeyli qədəri onun üzərindədi və ona qarşı şübhələrlə!

2. N. Sadıkova qarşı hədsiz qədər çoxlu cinayət və inzibati xarakterli şikayət və narazılıqlar, xalq etirazı var, bu vəzifədə qalmasını yararsız edən.

3. General N Sadıkov milli ordumuzun ən vacib, sirr tələb edən Baş Qərargahına rəhbərlik postu tutmaqla, bu illərdə torpağımızı işğal etmiş, qatı düşmən õlkənin bilavasitə dəstəkçisi Rusiyanın adamı olub. Xocalı qırğınımızda Rusiya alayının iştirakını, düşmən olan Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsini, Tovuz təxribatının və general Həşimovun da, vurulmasında Rusiya əlinin olmasını yaxşı bilərək, tutduğu 27 il vacib post müddətində, Rusiyaya qarşı bir kəlmə belə tənqidi mõvqe bildirməyib. Və hətta, õz, Ali Baş Komandanı, õlkə prezidentinin Rusiyaya, Putinə etirazla bildirdiyi, Rusiyanın gizli yolla düşmənə, Ermənistana Tovuz hadisələrindən də bəri silah gõndərməsi ifşasından sonra da, dinmir.. Niyə? Halbuki, Türkiyənin Azərbaycanda keçirtdiyi adi birgə təlimə gõrə, Ermənistan ordusu rəhbərliyi, baş qərargahı həşir salır, Türkiyəni qınağa tutur.

4. Üst-üstə, 29 il Azərbaycanın Milli Ordusunda yüksək vəzifələrdə olan Sadıkov, cəmisi, 3 aylıq dil kursuna gedib, bu, uzun müddətdə, onu belə yüksəklərə, imkanlar və səlahiyyətlərə qaldırmış õlkənin dõvlət dilini õyrənməyi qəti, özünə rəva, bu dõvləti, xalqı isə layiq bilməyib! Sanki, xarici müvəqqəti emisssar ya da Ìmperiya mərkəzinin õz əsarətində olduğu bõlgəyə gõndərilən rəsmi baxıcı, nəzarətçi nümayəndə kimi. Bu 29 il dövr bu şəxs bu xalqa qarşı sayqısızlıq edərək yalnız rusca danışıb, başa düşən oldu, ya olmadı. Qəti vecinə-saya almayıb bu milləti və elə dõvləti də!

5. Azərbaycan, tam qətiyyətlə Rusiya-Iran təsiri məkanından ayrılmaqla qardaş Türkiyə və onun da mənsub olduğu Qərb alyansı məkanına tərəf yõn alıb. 30 illik zülmətdən, aydın, sivil məkana. Bu halda, Rusiya adamı N. Sadıkovun Rusiyaya hərbi-siyasi rəqib məkana yõn alan Azərbaycan ordusunun baş qərargah rəhbəri kimi postunda oturması, zənnimizcə məntiqlə mümkün olmaz.

Və nəticə..

Bütün bu təhlildən sonra, gəlinən nəticə belədir.

1. Nəcməddin Sadıkovun fəaliyyət və davranışı, onun bir sıra anti-milli, anti-dövlət və anti-insani mõvqeyi, qanunazidd əməlləri Azərbaycan xalqı və cəmiyyətində, ona qarşı narazılıq, inamsızlıq, hətta, xain, satqın kimi düşüncədə ikrahlı hiddət yaradıb. Və bu əsasda da xalq və cəmiyyət belə bir, dövlət üçün həyati vacib, SQ Baş Qərargahı rəisi vəzifəsini Sadıkovun tutmasına gõrə dərin həyəcan, narahatlıq keçirir. Sadıkov, yetər artıq!

2. Xalqımız və cəmiyyətimiz õlkənin Prezidenti, cənab İlham Əliyevdən, N. Sadıkovu tezliklə bu vəzifədən kənarlaşdırması arzu, istəyini bildirir, və N. Sadıkovun bütün fəaliyyəti və əməllərinin inzibati və həm, istintaq araşdırmasını gõzləyir.

3. Xalqın ordudan tələb, ona nəzarət-narahatlıq və dəstək, haqqı var. Çünki digər nazirliklərə və dõvlət təşkilatlarına xalq, öz dõvləti vasitəsi ilə aidiyyətlidirsə, ordusuna bilavasitə aidiyyətlidir. Çünki, ordu şəxsi heyətinin 80-90 faizi dõvlətin qulluqçusu deyil, xalqın vətənə xidmətə verdiyi xalq əsgərləridir! Demək, xalq dõvlətilə bərabər, orduya bilavasitə aidiyyətlidir. Demək ki, xalqın N. Sadıkovu ordudan kənar etmə tələbi haqlıdır.

4. Ölkə, bu işıqlı yol üçün, tam təmizlənməlidir!

İlqar Altay
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84