“Üzərimdəki bayraq Xankəndində, Şuşada, Xocalıda dalğalanacaq” - Firdovsi Umudov+Video

18:21 - 09 Oktyabr
    16550 oxunma

DSX-nın əməkdaşı, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “Real T”nin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, bayrağımızın daim güləş meydanlarında yüksəkdə olması üçün çalışan, ölkəmizə uğurlar gətirən idmançılar yetişdirən Umudov bu dəfə Azərbaycanın Qarabağı azad etmək uğrunda gedən haqlı mübarizəsindən danışıb. O, ordumuzun hərbi əməliyyatlarla qazandıqları uğurlardan, qələbələrindən söz açıb: “Əvvəlcə, xalqımızı bu qələbələr, şanlı ordumuzun uğurları münasibətilə təbrik edirəm.

Qələbə çox gözəldir. Torpaqlarımız azad olunması hamımızı çox sevindirir. Müqəddəs torpaqlarımızı azad etmək uğrunda şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Onların qanı yerdə qalmayacaq. Biz idmançılar da hər zaman silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ,ordumuzun yanındayıq. Cənab prezidentin ətrafında böyük idmançılar ordusu var. Yarış meydanlarında qazandığımız uğurları döyüş meydanlarında davam etdirməyə daim hazırıq. Yarışlarda erməni üzərində qazandığımız qələbələr də daim bizi sevindirib. Ancaq müqəddəs torpaqlarımızın uğrunda qələbə qazanmaq bizi daha çox sevindirir. 30 ildir ki, düşmən öz təxribatlarından əl çəkmir.

Buna baxmayaraq düşmən hər zaman layiqincə cavabını alıb və alacaq. Bizim indi əsas amalımız torpaqlarımızı işğaldan azad etməkdir. Biz idmançılar hər bizimiz döyüş əhval-ruhiyyəsindəyik. Düşmən istər güləş meydanında, istərsə də, döyüş meydanında təxribata əl atıb. Onlar layiqincə cavablarını alıblar”. Umudov bildirib ki, hər bir Azərbaycan vətəndaşı vətən eşqi ilə, torpaqlarımızı azad etmək uğrunda alışıb-yanmalıdır: “Biz istəyirik ki, torpaqlarımızı azad edək və bayrağımızı Xankəndində, Şuşada dalğalandıraq. Bizə məxsus olan torpaqlarda Azərbaycan himni oxunsun. Bütün idmançılarımız döyüş ab-havasındadır. Bilirsiz ki, biz DSX əməkdaşları, ölkəmizin idmançıları olaraq döyüş meydanında da gücümüzü göstərməyə hazırıq.

O, ermənilərin daim təxribatlara əl atdığını, bunun onların xisləti olduğunu deyib: “Beynəlxalq arenada da erməni öz xislətini hər zaman göstərib. Onlar daim təxribatlara əl atıblar. Bizim haqq mübarizəmizdə erməni xislətli insanlar həmişə mane olmağa çalışırlar. Cənab prezident də vurğulayıb ki, bizimlə təkbətək mübarizə aparın. Bu gün biz haqq davamızda öz işimizi görmək iktidarındayıq. Mülki əhalimizi nişan almaqla bizi təxribata çəkmək istəyirlər. Ancaq bu olmayacaq, çünki biz öz torpaqlarımızda mübarizə aparırıq".

Verilişdə ordumuzun növbəti üstünlüyü ilə bağlı xəbəri alan DSX zabiti qələbə bizimlədir deyib daim üzərində daşıdığı bayrağı göstərib və bu fikirlərinə belə davam edib: “Bu bayraq Xankəndində, Şuşada, Xocalıda, Qarabağda dalğalanacaq. Ermənilər bizim qazandığımız uğurları öz adlarına çıxırlar. Artıq düşmən ordusununn içərisində çaşqınlıq var. Cənab prezident də deyib vaxtında çəkilin bizim torpaqlardan. Xocalıda yaşananlar heç vaxt yaddan çıxmaz. O günləri görmək istəmirlərsə, Azərbaycan torpaqlarından çəkilsinlər. 2 milyondurlar. Elə olmasın ki yer üzündən silinsinlər. Yenə deyirəm bizim dinc erməni əhalisi ilə işimiz yoxdur. Amma onlar hələ də mülki əhalimizi atəşə tutublar”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84