Zəngəzurun Şurnux kəndinin bir hissəsi Azərbaycana qaytarıldı

00:57 - 03 Yanvar
    1110 oxunma

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin bir hissəsi Azərbaycana qaytarılıb. Bizimxeber.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə kənd nümayəndəsi Akop Arşakyan bildirib.

“Hər şey bitdi. Azərbaycanlılar, ruslar, bizim sərhədçilər gəldi. Yanvarın 5-dək vaxt verilib, kəndin ortasında postlar quracaqlar”, - o deyib. Kənd nümayəndəsi vurğulayıb ki, Azərbaycan qoşunları və əraziyə gələn Rusiya sərhədçiləri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritəsinə istinad edirlər. 

Arşakyan kənd kitabxanasının da Azərbaycan Ordusunun nəzarətinə keçdiyini əlavə edib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84