.
.

Zelenskidən dünya liderlərinə örnək - Həyat yoldaşının gəlirləri açıqlandı

15:23 - 01 Aprel
    4960 oxunma


Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın “Kvartal 95”  televiziya studiyasında maaşını açıqlayaraq gəlir bəyannaməsi yayımlayıb.

Bizimxeberaz “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskaya ssenari müəllifi kimi bir ayda 80 min qrivna (4880 AZN), bir ildə isə 952,900 qrivna (təxminən 59 min AZN qazanır.

Əlavə olaraq, sənədə görə, Prezidentin yoldaşı əmlak kirayəsindən il ərzində  2.443.027 qrivna (təxminən 150 min AZN) gəlir əldə edib.

Qeyd edək ki, “Kvartal 95” televiziya studiyası filmlər, seriallar və yumoristik proqramlar istehsal edir. Studiyanı quran Zelenski Prezident seçildikdən sonra işdən çıxıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84