Zelenski Belarusiyada saxlanılan rusların Moskvaya köçürülməsini ədalətsizlik adlandırdı

14:47 - 15 Avqust
    4220 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusiya tərəfindən həbs edilmiş rusların vətənlərinə qaytarmaq qərarını tənqid edib.

Bizimxeber.az bildirir ki, o özünün "Facebook" səhifəsində yazır - "Onların arasında Ukraynadakı terror aktlarında şübhəli bilinən Donbas üzvləri də var. Bu qərarı, yumşaq desək, ədalətsiz, hörmət və qarşılıqlı yardım prinsiplərinə əsaslanan Ukrayna ilə Belarus arasındakı münasibətlərin ruhuna uyğun olmayan bir addım olaraq qəbul edirik. Bu qərarın nəticələri faciəli olacaq".

Xatırladaq ki, iyulun 29-da Belarusiyada 33 Rusiya vətəndaşı tutulmuşdu. Minsk həbs olunanların - Wagner PMC döyüşçüləri olduğunu və iğtişaşlara hazırlaşmaq üçün ölkəyə gəldiyini iddia edirdi.

Moskva isə bildirirdi ki, həbs olunan ruslar özəl təhlükəsizlik şirkətinin işçiləridir. Ukrayna bu arada həbs olunanlar arasında terrorçuluqda şübhəli bilinən 28 nəfərin onlara verilməsini istəmişdi. Lukaşenko isə 32 rusu Ukraynana deyil, Rusiyaya təhvil verdi. Tutulanlardan bir nəfər isə Belarus vətəndaşı olduğu üçün Minskdə qaldı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84