. .

Zelenski ABŞ prezidentini Ukraynaya dəvət etdi

16:07 - 06 May
    2931 oxunma


Ukrayna prezidenti Vladimir Zelenski dövlət katibi Anthony Blinken vasitəsi ilə Amerika lideri Co Baydeni Ukraynaya səfərə dəvət edib.

Bizimxeber.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. 

“ABŞ prezidentini bu il - müstəqilliyimizin 30 illiyi ilində Ukraynaya rəsmi səfərə dəvət etdim. Bu görüşün hansı formatda baş tutacağını bilmirəm, bu iki ölkədən asılıdır" - deyə Zelenski bildirib. Onun fikrincə, bu görüş hər iki ölkə üçün əhəmiyyətli olacaq.

Blinken isə dəvətlə bağlı deyib ki, fürsət düşən kimi Bayden gələ bilər. Lakin hələlik koronavirusla bağlı vəziyyətə görə, mümkün deyil.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84