.
.

Zelenski ABŞ-a rəsmi səfərə gedir - Ağ Ev tarixi açıqladı

02:08 - 22 İyul
    4191 oxunma


"30 avqustda Amerika lideri Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul edəcək". Bizimxeber.az bildirir ki, bu barədə "TASS" ABŞ administrasiyasının rəhbəri Psakinin mətbuat katibinə istinadən xəbər verir.  Məlumatda qeyd olunur ki, prezident Bayden Ukrayna Prezidenti Vladimir Zelenskini 30 Avqustda Ağ Evdə qarşılamağı səbirsizliklə gözləyir.

Görüşün ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə Donbass və Krımda davam edən Rusiya təcavüzü fonunda və enerji təhlükəsizliyi mövzusunda sıx əməkdaşlığı istiqamətində dəyişməz dəstəyini bir daha təsdiqləmək üçün hazırlandığını vurğulanıb.

Açıqlamada danışıqların Vaşinqtonun Zelenskinin korrupsiya ilə mübarizə və ümumi demokratik dəyərlərə söykənən islahatların həyata keçirilməsindəki səylərini dəstəkləməsinə həsr ediləcəyi qeyd olunur.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84