. .

Zelenski" Şimal Axını — 2 " ni müharibə məsələsi adlandırdı

12:46 - 16 Aprel
    14385 oxunma

"Ukrayna Prezidenti Vladimir Zelenski iddia edir ki, "Şimal Axını — 2" layihəsinin reallaşdırılmasına qarşı çıxmaq biznes deyil, müharibə məsələsidir".Bizimxeber.az bildirir ki,  müvafiq bəyanat dövlət başçısının rəsmi saytında dərc olunub.

O, Rusiyanı Ukraynaya qarşı enerji müharibəsi aparmaqda ittiham edib və bildirib ki, istənilən müharibədə olduğu kimi, "kimsə uduzacaq": "Əgər birlik yoxdursa, müharibə etmək olmaz. Əgər "Şimal Axını — 2" ni başa çatdırsalar, o, yalnız Ukrayna tərəfindən itirilməyəcək", - Zelensky bildirib. O, qaz kəmərinin tikintisinin başa çatdırılmasının ABŞ və Aİ ölkələrinin mövqeyindən asılı olduğunu etiraf edib.

Zelenski deyib ki, Avropa İttifaqı ölkələri hələ layihə üzrə vahid mövqe formalaşdırmayıb.

Rusiya tərəfi dəfələrlə bəyan edib ki, layihə yalnız iqtisadi məqsədlər güdür, Ukrayna vasitəsilə yanacağın tranziti isə bağlanmış razılaşmalara uyğun olaraq davam edəcək.  Kremldə qeyd edirlər ki, Rusiyanın qaz kəmərinin tikintisi üzrə tərəfdaşları, o cümlədən Almaniya qaz kəmərinin başa çatdırılmasında maraqlıdır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84