. .

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

22:53 - 04 Aprel
    5772 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, qərara əsasən, “Rossotrudnichestvo”ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), “Volqa-Dnepr” şirkətinə və digər 10-dək müəssisəyə məhdudiyyətlər tətbiq olunacaq. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

“Rossotrsudnichestvo”nun rəhbəri Yevgeni Primakov hələlik sanksiya ilə bağlı Ukrayna hökumətindən rəsmi bildiriş almadıqlarını bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84