Zelenski Qətərdə çətin anlar yaşadı
-
9200 oxunma

Nümayəndə heyətinin oturuşu Ukrayna Prezidenti Vladimir Zelenskini Qətər səfəri zamanı çətin vəziyyətə salıb.
Bizimxeber.az xarici KİV-lərə istinadən bidririr ki, Qətər rəsmiləri nümayəndə heyətinin oturuşu etik qarşılanmayıb. Qəbul zamanı Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ayaqlarını bir birinin üstünə ataraq ayaqqabılarının altını nümayiş etdiriblər.
Bu isə Qətər rəsmilərinin etirazına səbəb olub və "ayağınızı ayağınıza qoyaraq oturmayın. Ayaqlar murdar hesab edilirlər, buna görə oturaraq, ayaqqabının altını göstərmək olmaz" deyə raaksiya verilib.
Məlumata görə, Ukrayna nümayəndə heyətinin tərkibindən olan qız da etiket qaydalarını pozub. Belə tədbirlərdə qadınlar pantolon kostyumu və ya uzun yubka geyməlidirlər.
Sosial şəbəkələrdə reaksiya verildikdən sonra, fotoşəkillər Ukrayna prezidentinin ofisinin saytından silinib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84