. .

Zelenski Putinin görüş təklifini qəbul etdi

16:01 - 26 Aprel
    5021 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski administrasiyasının rəhbəri Andriy Yermaka üz-üzə görüş təşkil etmək üçün Rusiya Prezidenti Vladimir Putinin administrasiyası ilə əlaqə yaratmağı tapşırıb.

Bu barədə “TASS” agentliyi məlumat verib. Ukrayna lideri bildirib ki, Yermak Rusiya tərəfi ilə qarşılıqlı anlaşma tapmalı və qarşıdakı danışıqların vaxtını, yerini və təfərrüatlarını müəyyənləşdirməlidir.

"Mənə elə gəlir ki, hər şey görüşə doğru gedir”,- deyə Zelenski qeyd edib. Bundan əlavə, V. Zelenski V. Putinlə Ukraynadakı rusların vəziyyəti və pravoslav kilsələrinin statusu məsələsini də müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə açıqlamasında isə Kremlin qarşıdakı görüşün təfərrüatları barədə hələ ki, məlumatının olmadığını açıqlayıb.

Xatırladaq ki, 20 apreldə Zelenski Putinə müraciət edərək müharibənin getdiyi Donbassın istənilən yerində görüşmək təklifi etmişdi.

Cavabında Putin Zelenskini ikitərəfli münasibətləri istənilən vaxt müzakirə etmək üçün Moskvada qəbul etməyə hazır olduğunu bildirmişdi. Rusiya lideri qeyd etmişdi ki, Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DPR və LPR) nümayəndələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmalıdır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84