Zelenski naziri Donbasa göndərdi - 3 əsgərin ölümünə görə
-
20000 oxunma

Ukrayna prezidenti Vladimir Zelenski, Müdafiə naziri və Baş Qərargah rəisini bu gün partlayış nəticəsində üç hərbçinin ölüm hallarını araşdırmaq üçün təcili Donbasa göndərdi.
Bizimxeber.az bildirir ki, bu gün Donbasın Novoluqanski kəndi yaxınlığında naməlum qurğunun partlaması nəticəsində üç Ukrayna əsgəri dünyansını dəyişib.
Prezident aparatı rəhbərinin müavini Roman Maşovetsin artıq hadisə yerində olduğu bildirilir.
Zelenksi özünün sosial şəbəkəsindəki hesabında hadisə barədə fikirlərini yazıb: ""Diplomatik səviyyədə, mürəkkəb danışıqlar yolu ilə əsgərlərimizin həyatını xilas edirik, atəşkəsin qorunması barədə razılığa gəlirik. Daha sonra nəzarətimizdəki ərazidə əsgərlərimiz minaya düşüb həyatını itiri. Dərhal araşdırma aparılması barədə göstəriş vermişəm. Gələcəkdə belə halların baş verməsini aradan qaldırmaq üçün bütün addımlar atılacaq".
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84