. .

Zelenski ilə Blinken Rusiyadan gələn təhdidləri müzakirə edib

15:34 - 06 May
    2598 oxunma


Ukraynada səfərdə olan ABŞ Dövlət Katibi Anthony Blinken prezident Vladimir Zelenski ilə Ukraynanın Avroatlantik perspektivləri, korrupsiya ilə mübarizə və "Rusiya Federasiyası tərəfindən təhdidlər" mövzusunda müzakirələr aparıb.

Bizimxeber.az-ın məlumatına görə, Blinken görüş barədə təssüralarını bölüşərkən deyib ki, Ukraynanın Avroatlantik istiqaməti ilə yanaşı, islahatlar, korrupsiyanın kökünü kəsmək və ölkələr arasında mövcud olan ümumi dəyərləri müzakirə etdik.

"Rusiyadan Ukraynaya müşahidə olunan təhdidlərdən danışdıq. Bu hadisələri çox diqqətlə izləyirik və Krımın ələ keçirilməsindən, Donbasdakı müharibədən başlayaraq Ukraynanın nə etdiyini görürük" deyə Blinken əlavə edib.

Zelenski də Ukraynanın suverenliyini dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84