.
.

Zelenski də peyvənd olundu - FOTO

17:39 - 02 Mart
    7520 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski Luqansk bölgəsinə səfəri zamanı koronavirusa qarşı peyvənd olunub. Prezident bu barədə öz instaqram hesabında məlumat verib. O, peyvənd olunarkən çəkdirdiyi şəkli sosial şəbəkəyə yerləşdirib.

“Həkimlər və hərbçilər artıq peyvənd olunublar, hamını kampaniyada da növbəyə qoşulmağa çağırıram. Qorxulası bir şey yoxdur, şəxsi nümunə göstərdim”,- Zelenski yazıb.

Qeyd edək ki, Ukraynada fevralın 24-dən etibarən Hindistan istehsalı “AstraZeneca/Oxford” peyvəndi (CoviShield) ilə kütləvi vaksinasiya proqramı başladılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84