Zelenski ailəsinin keçənilki gəliri açıqlandı

22:45 - 30 May
    1400 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri barədə bəyannamə dərc edib.

Bizimxeber.az “TASS”a istinadən xəbər verir ki, Ukrayna prezidentinin ailəvi gəliri 28 milyon 602 min 468 qrivna ( 1 milyon 59 min dollar) təşkil edib. Zelenski ailəsi dövlət büdcəsinə 3 milyon 600 min qrivna (133 min dollar) vergi ödəyib.

“2019-cu ilin mayından Vladimir Zelenski sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və yalnız Dövlət İşlər İdarəsindən maaş alır”, - deyə prezidentin ofisindən bildirilib. Ukrayna liderinin 2019-cu ildə may-dekabr aralığında gəliri 208 min 787 qrivna ( 7 min 731 dollar) təşkil edib.

2019-cu ildə Zelenski ailəsi 5 milyon 200 min qrivna (192,5 min dollar) qiymətli kağız alıb, Kiyevdə prezidentin xanımına məxsus 4 milyon 423 min qrivna (163,76 min dollar) məbləğində daşınmaz əmlakı satıb. Onlar Böyük Britaniyadakı mənzillərinin kirayə verilməsi nəticəsində 3 milyon 200 min qrivna (118,46 min dollar) gəlir əldə ediblər. Bundan başqa, Zelenski “Kvartal-95 Studiyası”nın keçmiş bədii rəhbəri Sergey Şefir ailəsinə Ukraynanın 12 müəssisəsinin korporativ hüquqlarını satıb. Buradan isə 246 min 144 qrivna (9,1 min dollar) gəlir əldə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84