“Zəfər” ordeni alan general-polkovniklər...

22:01 - 09 Dekabr
    2660 oxunma

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.  “Zəfər” ordeni ilə ilə təltif olunanlar arasında 5 general-polkovnik də var.

Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da təltif olunanlar arasındadır. Bundan başqa, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də “Zəfər” ordeni təltif olunub.

Dövlət Təhlükəs izliyi Xidmətinin rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da “Zəfər” ordeninə layiq görülüb.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənov, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi Anar Kərimov da təltif olunanlar arasındadır.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayorları Aqşin Məhərrəmov, Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da “Zəfər” ordeni ilə təltif olunub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84