Zəbt olunan ərazinin özəlləşməsinə icazəni Əbülfəz Qarayev veribmiş

11:39 - 05 Avqust
    2105 oxunma

Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayonunda meşə tipli yeni parkda yaradılacaq şərait barədə Prezident İlham Əliyevə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: "Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı".

Qaynarinfo xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, həmin ərazi  Mədəniyyət Nazirliyinin tabeliyində olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına məxsus imiş və  4 hektar ərazinin özəlləşdirilməsinə icazəni həmin vaxt nazir olan Əbülfəz Qarayev veribmiş.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84