Zakir Quliyev həbs edilən Ceyhun Cəfərovla quda imiş

15:51 - 19 Avqust
    3490 oxunma

Ölkə mətbuatında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanılması barədə məlumat yayılıb. İddia olunur ki, icra başçısı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı saxlanılıb. Hələlik məlumat rəsmi təsdiq olunmayıb. 

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, həbs olunduğu deyilən icra başçısı Ceyhun Cəfərov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevlə qudadır.

Məlumata görə, qudaların böyük bizneş ortaqlığı mövcuddur. İmişli rayonunda böyük ərazini əhatə edən daş karxanasına malik olan qudaların Bakıda və Sabirabadda da böyük bineslərinin olduğu deyilir. 

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev əslən Sabirabad rayonundandır. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84