Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

11:05 - 23 İyun
    1415 oxunma

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var. Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84