Zakir Qaralovun qardaşı barəsində yayılan məlumatlardan danışdı

12:50 - 03 İyun
    555 oxunma

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: "Mənim barəmdə Gürcüstanda cinayət işi başlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.

Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı Tahir Qaralov barəsində Gürcüstanda cinayət işi başlanması barədə məlumatlar yayılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84