.
.

Zakir Həsənov geniş tərkibdə müşavirə keçirdi

15:42 - 29 Mart
    6760 oxunma


Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib.

Bizimxeber.az bildirir ki, Ria.ru bu barədə MN-nin mətbuat xidmətindən istinadən məlumat verib.

General-polkovnik Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növlərinin komandanları, nazirliyin Baş İdarə, İdarə və xidmət rəisləri ilə xidməti müşavirə keçirilib. Müşavirəyə həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunmuş birlik və birləşmələrin komandirləri, o cümlədən digər vəzifəli şəxslər videobağlantı ilə qoşulublarcəlb olunuşlar.

Müşavirədə "General-polkovnik Z. Həsənov əsas diqqəti şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsinə, hərbi hissələrdə, o cümlədən azad olunmuş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşqlərin və məşğələlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldib".

Təlimlərin keçirilməsi zamanı Qarabağ münaqişəsinin 2020-ci ilin payızında eskalasiya təcrübəsi nəzərə alınacaq.

Müdafiə naziri qeyd edib ki, bu tədbirlər zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək və onların sağlamlığını qorumaq, mənəvi-psixoloji hazırlığı artırmaq, həmçinin hərbi nizam-intizamı möhkəmləndirmək vacibdir.

Həmçinin general-polkovnik Z. Həsənov azad olunmuş ərazilərdə hərbi infrastrukturun inkişafı, Qoşunların mühəndis-istehkam işlərinin və mühəndis təminatı tədbirlərinin keçirilməsi, döyüş növbətçiliyinə çıxan hərbçilərin sayıqlığının artırılması, həmçinin bölmələrin maddi - texniki təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84