Zabit Səmədov Burakı Çeçenistan Prezidenti ilə görüşdürdü - Video
12:23 - 08 Fevral
-
7520 oxunma

Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib. Görüş paytaxt Qroznı şəhərində baş tutub. Kadırov onlar üçün böyük ziyafət təşkil edib.
Əyləncədən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda Zabit və Burakın rol aldığı “Kurtuluş Osman” serialının yaradıcı heyətinin də yer aldığı məlum olub.
Qeyd edək ki, Z. Səmədov Türkiyənin ATV kanalında yayımlanan sözügedən serialın 35-ci bölümündə tamaşaçı qarşısına çıxıb.
O, “Gəncəbəy” obrazını canlandırır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84