Öz xalqına güllə açan Köçəryan cinayətini “siyasiləşdirir”

16:49 - 08 Fevral
    7920 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

1 mart 2008-ci il hadisələri ilə bağlı məhkəmə prosesi siyasi təqibdir. Bunu Ermənistanın eks-prezidenti Robert Köçəryanın vəkili Ayk Alumyan deyib.

Müvəkkilini müdafiə edib, hökuməti dolayı yolla Qarabağı satmaqda ittiham edən Alumyan guya bu cinayət işi çərçivəsində adı keçən Köçəryan və ətrafının Qarabağın Azərbaycana qaytarılmasına etiraz edə bilmək gücdə olduqlarını bildirib: “Cinayət işinin açıldığı ilk gündən sual o idi ki, konkret hansı məqsədlə bütün bunlar edilirdi. İndi hər kəs üçün hər şey aydın oldu. 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi Qarabağla bağlıdır”.

Qeyd edək ki, Köçəryan bir müddət öncə siyasətə qayıtdığını elan edib. Halbuki o, heç vaxt siyasətdən getməyib. Əksinə, son 12 il ərzində Köçəryan təkcə iqtisadiyyat və siyasətdə yox, həm də silahlı qüvvələrdə çoxlu sayda təsir agentlərinə və kadrlara sahib olub.

1 mart 2008-ci ildə Levon Ter-Petrosyanın tərəfdarları seçkinin saxtalaşdırılması ittihamı ilə genişmiqyaslı etiraz aksiyaları keçiriblər. Etiraz aksiyalarını dağıtmaqdan ötrü o zamankı prezident Köçəryan güc tətbiq edib və hətta xalqa atəş də açdırıb.

Nəticədə rəsmi rəqəmlərə görə 8 (qeyri-rəsmi 30) etirazçı öıüb. Paşinyan hakimiyyətə gəldikdən 1 mart 2008-ci il hadisələriylə bağlı cinayət işi açılıb. Cinayətdə Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov, baş nazirin keçmiş müavini Armen Gevorkyan təqsirləndirilib. N.Paşinyan 2008-ci il hadisələrindən zərər çəkib və həbs cəzası alaraq, 1 il türmədə yatıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84