Öz iştirakı olmadan əlillik təyin edildi, 11 ay sonra ləğv edildi

14:04 - 28 Avqust
    2780 oxunma

Xızı sakini Quliyev Qeno Əli oğlu xəstəliyi ilə əlaqədar əlillik dərəcəsini ala bilməməyindən şikayətçidir. Epilepsiya xəstəliyindən əziyyət çəkən vətəndaşa ötən ilin fevral ayında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunsa da, bu ilin yanvarında əlilliyi ləğv edilib. 

Bu şikayətlə bağlı “Qafqazinfo”ya danışan Q.Quliyev deyib ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, problem həllini tapmayıb: “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sonuncu rəsmi müraciətimdə qoyduğum əsaslı və qaranlıq qalan suallara cavab xahiş etsəm də, hələ ki, nəticə yoxdur. Son iki gündə ƏƏSMN-nin Sosial siyasət şöbəsi ilə şifahi telefon əlaqəm olub və mənə bildirilib ki, bu qərarı Daxili audit şöbəsi verib. Niyə? Hansı əsasla? Xızı rayonunda sözdə mövcud olan, əməldə heç bir formada mövcud olmayan əyani müayinə əsas gətirilir. Hansı ki həkim sadəcə qapıdan ad, soyad soruşub yola salıb”. 

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, Qeno Quliyevin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ünvanlanan müraciətə baxılıb. Məlum olub ki, həmin şəxsin əlillik vəziyyəti səhiyyə müəssisənin göndərişi əsasında, onun iştirakı olmadan 2019-cu il fevralın 21-də qiymətləndirilib və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilib: “Lakin nazirliyin əməkdaşlarının iştirakı ilə xəstə 24.01.2020-ci ildə nəzarət qaydasında əyani müayinə olunub və əlillik dərəcəsinin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə əlil hesab edilməməsi barədə qərar verilib”. 
 
Nazirlikdən həmçinin bildirilib ki, gələcəkdə Qeno Quliyevin səhhətində ağırlaşmalar əmələ gələrsə, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84