. .

Yoluxma artır: SMS icazə tətbiq ediləcəkmi? 

11:28 - 09 Aprel
    15377 oxunma

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır. 

əziyyət belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və SMS izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Mütəxəssislər mövcud vəziyyəti qiymətləndirib və çıxış yolları barədə danışıblar. Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir: "Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: "Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84