. .

Yol polisi sürücünü evinin qarşısında boğaraq saxlayıb - İddia - Video

12:10 - 28 Aprel
    5335 oxunma

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücünün evinin qarşısında polis əməkdaşları tərəfindən zor tətbiq edilərək saxlanılması xəbərinə münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla!” işarəsi verilib.

Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.

Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütlarının araşdırılması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir".

Xatırladaq ki, iddiaya görə, yol polisi əməkdaşları Miradəm Nağıyevi evinin qarşısında boğaraq saxlayıblar. Daha sonra həmin şəxs hadisə yerinə təcili tibbi yardım çağırıb. Bundan sonra M.Nağıyevin ailə üzvləri də polis bölməsinə aparılıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84